Dubai
Yaş həddi: 12-25$10,000 qazanınPulsuz

COP28 üçün Dubaya sponsorlu səyahət qazanmaq üçün iştirak edin

ClimateScience Olimpiada 2023 qalibləri pul mükafatı və ya COP28, BMT-nin İqlim Sammiti zamanı Dubaya sponsorlu səyahət qazanacaqlar.

QEYDİYYAT ÜÇÜN SON TARİX 10 İYUN 2023

Dubay, Birləşmiş Ərəb Əmirlikləri Dubay - Aleksandra Parasic tərəfindən çəkilmiş Foto

Bütün mərhələlərin tarixləri

CSO23 Timeline

Kim iştirak edə bilər

Qoşulmaq pulsuzdur

Yaş həddləri: <16, 17-20, 21-25

Tək və ya iki nəfərlik komandada iştirak edin

Siz yalnız öz yaş qrupunuzdakı digər şagirdlərlə yarışacaqsınız.

Dillər

İştirakçılar aşağıdakı 13 dildən ən azı birini rahat bilməlidirlər

İNGİLİS
İSPAN
FRANSIZ
PORTUQAL
YAPON
ÇİN
RUS
İTALYAN
ALMAN
POLŞA
HOLLAND
ROMAN
img

1. Seçmələr


Açılır -1 Yanvar 2023 | Bağlanır - 10 İyun 2023

ÇOX SEÇİMLİ SUALLARONLAYN25 DƏQİQƏ

Format: Seçmələr mərhələsi 25 dəqiqəlik onlayn testdir. İştirakçılardan çox seçimli 10 suala cavab vermələri xahiş olunur. Seçmələr mərhələsində 8 və ya daha çox düzgün cavab toplayanlar 1/4 finala yüksələcəklər.

Cəhd sayı: Hər bir iştirakçı Seçmələrə 3 dəfəyə qədər cəhd edə bilər. Paylaşdığınız hər bir şəxsə görə 1 əlavə cəhd qazanmaq üçün tövsiyə proqramımızda iştirak edin. Tövsiyyə proqramımız haqqında daha çox məlumat əldə edin

Sertifikat: Bütün iştirakçılara hər hansı bir universitet müraciətinə və ya CV-yə əlavə oluna biləcək iştirak üçün sertifikat veriləcək.

Hazırlıq: Şanslarınızı artırmağın ən yaxşı yolu App Store və Google Play Store-da pulsuz mövcud olan quiz tətbiqimizlə məşq etməkdir. Burda siz, hətta, CS Olimpiada Seçmələrində qarşınıza çıxa biləcək suallar tapa bilərsiniz

GooglePlay Logo
Apple Logo


Əslində, məlumatlarımız göstərir ki, quiz tətbiqindən tez-tez istifadə edən iştirakçıların 1/4 Finala keçmə ehtimalı 10 dəfə daha yüksəkdir!

img

2. 1/4 Final


Açılır -1 Yanvar 2023 | Bağlanır - 15 İyun 2023

ÇOX SEÇİMLİ SUALLARONLAYN25 DƏQİQƏ

Format: 1/4 Final mərhələsi 25 dəqiqəlik onlayn testdir. Dörddəbir Finalçılardan 15 çox seçimli suala cavab vermələri xahiş olunacaq. Dörddəbir Finalda 13 və ya daha çox düzgün cavab toplayanlar Yarımfinala yüksələcəklər.

Cəhd sayı: Hər bir iştirakçı hər uğurlu Seçmə mərhələsi cəhdi üçün 1 cəhd qazanacaq. Bu o deməkdir ki, əgər ilk cəhdinizdə Dörddəbir finalda uğur qazana bilməsəniz, yenidən cəhd etmək üçün hər hansı digər Seçmə mərhələsi cəhdlərindən istifadə edə bilərsiniz.

Hazırlıq: Dörddəbir Finala hazırlaşmağın ən yaxşı yolu kurslarımızı tamamlamaq, həmçinin ClimateScience Quiz App-də məşq etməkdir.

img

3. Yarım Finallar


Açılır - İyun 2023 | Bağlanır - Avqust 2023

ESSE YAZIONLAYN3 SAAT

Tarixlər: Yarım finallar hər ayın ilk bazar günü, yəni, 4 iyun, 2 iyul və 6 avqustda keçiriləcək.

Format: Yarım final 9 mövzuya uyğun gələn üç əsas mövzu üzərində cəmləşəcək:

  • Enerji - Təmiz Enerji, Dayanıqlı Nəqliyyat, sənaye
  • İnkişaf - Dayanıqlı İnkişaf, Dayanıqlı İqtisadiyyat, Dairəvi İqtisadiyyət
  • Təbii Sistemlər - Dayanıqlı Kənd Təsərrüfatı, Biomüxtəliflik, Su Mənbələri

  • Yarımfinalçılar mövzularını Yarım finallarına 10 gün qalmış alırlar ki, onlar əvvəlcədən araşdırma aparsınlar.

    Təklif: İştirakçılar yuxarıda qeyd olunan mövzulardan birinə əsaslanan mürəkkəb problem seti alırlar, onlar 3 saat ərzində sosial cəhətdən ədalətli, real, iqtisadi cəhətdən mümkün və sürətlə həyata keçirilə bilən 1000 sözdən ibarət təklif yazmalıdırlar. İnternet axtarışına icazə verilir.

    Ətraflı öyrənin:
    Yarı final strukturu və qaydaları Yarı Final Problem seti nümunəsi Yarımfinalçılar üçün məsləhətlər və qiymətləndirmə rubrikası

    img

    4. Final


    Sentyabr - Oktyabr 2023

    TOP 100 YARIM-FİNALÇIONLAYNESSE YAZI

    Format: Finalçılar mürəkkəb qlobal problem alır və onlar mövcud problemi həll etmək üçün 3000 sözdən ibarət təklif yazmalıdırlar. Daha sonra onlar həllini dünyanın aparıcı alimləri, innovatorları və siyasətçiləri tərəfindən qiymətləndirilən 20 dəqiqəlik təqdimatda təqdim edirlər.

    Sertifikat: Hər bir Finalçı Bürünc Medal sertifikatı ilə təltif edilir, ilk 20 və ilk 10-a daxil olanlar müvafiq olaraq Gümüş və Qızıl medal sertifikatı ilə təltif edilir.

    Mükafatlar: Ən yaxşı komandalar Birləşmiş Millətlər Təşkilatının İqlim Sammiti, COP28 zamanı BƏƏ-nin Dubay şəhərinə sponsorlu səyahətlə mükafatlandırılacaq.

    Referral background

    Tövsiyyə Proqramı

    ClimateScience Olimpiadasında iştirak etmək xoşunuza gəldi?
    Niyə onu dostunuza tövsiyə etməyəsiniz?

    Dostunuza Yönləndirin və qazanmaq üçün daha çox cəhd əldə edin!


    İnsanların 90%-i dostlarının tövsiyələrinə etibar edir, lakin insanların yalnız üçdə biri internetdə gördükləri yazıya inanır.
    Olimpiadanın həqiqətən qlobal təcrübəyə çevrilməsi üçün bizə kömək edin!

    Təhsil İctimaiyyətlə Əlaqə Tərəfdaşları

    Nine is Mine Logo
    EdXcursions Logo

    Tez-tez verilən suallar

    ClimateScience Olimpiadasının Qaydaları və Şərtləri