Əlaqə yarat. Öyrən. Fayda ver.

ClimateScience Klubları

Məktəbini iqlim dəyişikliyi barədə maarifləndir.

Yaş həddi: 12-18 və 18-22Qeydiyyatdan keçin

Müəllimsən? Bura bas.

ClimateScience Klubları nədir?

Tədbirlər, fəaliyyətlər və yerli icma ilə birgə fəaliyyət yolu ilə, ClimateScience Klubları məktəblərində iqlim dəyişikliyi və onların həll yolları haqqında müzakirələr başladırlar.

Bizim klubların nələrə qadir olduğunu gör

İcma kampaniyaları
İcma kampaniyaları
Sinqapurda qrup diskussiyaları
Sinqapurda qrup diskussiyaları
Ağac əkimi
Ağac əkimi
Fijian tələbələrinin ClimateScience debatı
Fijian tələbələrinin ClimateScience debatı
Uşaqlar üçün olan kitablarımızla maraqlanın
Uşaqlar üçün olan kitablarımızla maraqlanın
‘Planet Dünyacığı Xilas Etmək ‘-i Oxu
‘Planet Dünyacığı Xilas Etmək ‘-i Oxu
İş vərəqləri
İş vərəqləri
Təlim
Təlim
Proses ərzində dostluqlar qurmaq
Proses ərzində dostluqlar qurmaq

ClimateScience Klubları nədir?

Klub olaraq siz hər ilin və ya semestrin əvvəlində “Əsas İqlim Narahatlığı”nı seçəcəksiniz – misal olaraq, “qida tullantıları”. Daha sonra siz məktəbinizdə və ya icmanızda bu barədə məlumatlılığı artırmaqla yanaşı, seçdiyiniz narahatlıq və onun həlli yollarını öyrənmək üçün fəaliyyətlər və tədbirlər planlaşdıracaqsınız.

Qeydiyyatdan keçin

Tez-tez verilən suallar

Səninlə iqlimlə bağlı görüşləri eyni olan bir neçə dostunla əyləş və bu proqramı məktəbə hansı əlverişli yollarıa inteqrasiya edəcəyiniz barəsində söhbət edin. Bəzi məktəblərin rəsmi müraciət forması ola bilər, bəzilərinin isə yox. Qaydaları özünüzə uyğunlaşdırmaq və onlara riayət etdiyindən əmin olmaq səndən asılıdır.
ClimateScience Club-a üzvlük məktəbin bütün tələbələri üçün açıqdır. Hər kəs bərabər söz sahibi olmalı və bütün klub səyləri birgə olmalıdır. Kluba başladıqda, düzgün işləməsini təmin etmək üçün xüsusi vəzifələr təyin edilməlidir. Bu vəzifələr komandanızdan və məktəbinizdən asılı ola bilər.
Əsas narahatlıq, qida tullantılarından karbon qazının çıxarılmasına, təmiz enerjiyə və bunlar kimi digər mövzuları əhatə edən, klubun diqqətini çəkəcəyi geniş iqlim/ətraf mühit mövzusudur. Hər tədris ilinin əvvəlində (yaxud klubunuz ilk dəfə yarandıqda) sizi Əsas Narahatlıqlarınızı müəyyən etməyi tövsiyə edirik.

Əsas Narahatlıqlarınız qərara alındıqdan sonra Klub öz məktəbi və/və ya icma daxilində Əsas Narahatlıqlar haqqında maarifləndirmək (və ya hətta həll etmək!) məqsədi ilə il üçün tədbirlər planlamağa hazır olacaqdır.
Heç etməyə də bilərsiniz. ClimateScience Klubları iqlim həllərini təbliğ etdikcə, öz məktəbi və icmasının qayda və nizamlamaları çərçivəsində qaldıqca istədiklərini edə bilərlər. ClimateScience resursları istiqamətləndirmək və təmin etmək üçün buradadır, lakin tələbələrin klubların necə işləməsini və nəyə diqqət yetirmək istədiklərinin xüsusiyyətləri tamamilə Klub üzvlərindən asılıdır.
Klublar məktəb qaydalarına və qanunlara riayət edən istənilən fəaliyyəti təşkil edə bilər. Klubunuz rəsmi qeydiyyatdan keçdikdə siz başqalarının nə üzərində işlədiyini görə biləcəyiniz Discord serverimizə qoşulacaqsınız. Klublar həmçinin ClimateScience Olimpiadası, ClimateScience Explore, Climate MUNs və Club debatları kimi daha böyük İqlim Elmi tədbirlərində iştirak etməyə təşviq edilir. Daha çox məlumat üçün veb saytımıza baxın!
ClimateScience icması ClimateScience klublarını ekspertlərlə maraqlı söhbətlər, əyləncəli quizlər və oyunlar, panel müzakirələri, debatlar və sair daxil olmaqla bütün icma tədbirlərinə dəvət edir! Bütün bu cür hadisələri tapa bilərsiniz.
Klub təşəbbüsləri 'Əsas Narahatlıqlarınıza' nail olmaq üçün etdiyiniz işlərdir. Bu, yeməkxanada qida tullantılarının azaldılması, kampusda olan biomüxtəlifliyin yaxşılaşdırılması, avtomobillərin paylaşması sxeminin yaradılması və ya hətta nüvə reaksiyasından sərfəli qiymətə elektrik enerjisi istehsal etmək üçün texnologiyanın icad edilməsi ola bilər. Bu sonuncu bir az daha çətin ola bilər ;) Təşəbbüsləriniz əhəmiyyətli dəyişiklik edirsə, onlar hətta şəhər idarəetməsi tərəfindən diqqət çəkə və daha böyük miqyaslı layihələrə çevrilə və ya veb saytımızda və sosial mediada vurğulana bilər.
Biz bunu tövsiyə edirik. Nəzarətçi Müəllimlər öz məktəblərinin ClimateScience Klubuna nəzarət etmək istəyən müəllim heyətidir. Onlar öz Klublarına məktəb daxilində resurslara (iclas otaqları, icazələr, büdcə, maddi resurslar və s.) daxil olmaqda kömək edir, eyni zamanda tədbirlərin gedişatına nəzarət edir və lazım gəldikdə təlimat verir.
Bunun üçün idarə olunan platforma üzərində işləyirik. İndilik, klubunuzu qeydiyyatdan keçirdikdən sonra təyin olunmuş ClimateScience könüllünüzlə əlaqə saxlayın.
Əgər siz artıq klubdasınızsa və ya ona qoşula bilirsinizsə, klub sadəcə olaraq veb saytımızda qeydiyyatdan keçərək pulsuz resurslarımıza və tədbirlərimizə giriş imkanı əldə edir. Əgər nədənsə bunlardan biri işləmirsə (qoşula bilmirsən, onu idarə edənləri bəyənmirsən və s.), sadəcə olaraq yeni Klub yaradın :)
Biz başa düşürük ki, müxtəlif məktəblər müxtəlif yollarla dərnəklər təşkil edirlər. Təsdiqlənmiş ClimateScience Club olmaq üçün məktəbinizdə rəsmi qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Siz qeydiyyatdan keçə, bir neçə dost toplaya, işə başlaya və sonra ən uyğun olanda məktəbinizdə yekunlaşdıra bilərsiniz.

Komanda quruculuğu

ClimateScience Clubs-da hər kəs bərabər olsa da, komandanızın üzvlərinə rollar təyin etməyi tövsiyə edirik.

Daha çox öyrənmək üçün rola klikləyin

Könüllü Rəhbər

Könüllülər üzrə Koordinator qrupun genişlənməsinə və onunla əlaqə saxlamasına cavabdehdir. Onlar həmçinin könüllülərin özlərinə hörmət edildiyini hiss etmələri və (ən əsası) əylənmələrini təmin etmək üçün məsuliyyət daşıyırlar!

Qeydiyyatdan keçin

ClimateScience ilə öyrənmək üçün digər imkanlar