Sizin biznes iqlim üzrə irəli gedir?
Komandanızı iqlim həlləri barədə təhsilə əsaslanan, interaktiv təlimlərlə gücləndirin
Öyrən. Həll et. Hərəkət et.
Bizimlə əlaqə saxlayın... və məktəblərə pulsuz iqlim təhsili ver
Biznesiniz üçün nəzərdə tutulmuş təlimlərimiz bizim uşaqlar və məktəblər üçün xeyriyyə həyata keçirməyimizə kömək edir.
300
ClimateScience töhfəçiləri
1 milyon
məktəb, ev və işə çatmışdır.
1 hədəf
İqlim həllərini təsirli et
Fikirlər
"Bizim komanda iqlim dəyişikliyinin fərqli aspektlərini anlamaq üçün çoxsaylı ClimateScience təlimləri təşkil edib. Təlimlər çox güclü olub, uyğun kontentlə zəngin və problemsiz çatdırılırdı"
Mirik Gogri
Aarti Sənayeləri
12000-dən artıq birbaşa və bilavasitə işçi
"Sizinlə işləmək xoş idi və birlikdə yeni layihələr üçün səbirsizlənirik!"
Maria Ioja
ZS
Dünya üzrə 10000-dən artıq işçi və 25 ofis
Hər insanın icra edəcək bir vəzifəsi olarkən biz inanırıq ki, insanlarımızın, planetimizin və peşəmizin gələcəyi iqlim dəyişikliyi ilə bağlı ölçülə bilən, qətiyyətli addımlar atmaqda olan biznes ictimaiyyətindən asılıdır.
- Punit Renjen, Deloitte-da icraçı direktor
Təqdimatlar
İnteraktiv Sual-cavab
Problem həlletmə
"Suallar və Cavablar"ı açın
ClimateScience təlimləri
Öyrən
İqlim dəyişikliyi və iqlim həll yollarının əsaslarını başa düşün. Biz ümumi giriş təqdim edə və ya xüsusi iqlim həlli kateqoriyasına diqqət yetirə bilərik.
Fikirlər yaradın
Komandanın ideyalarını mərhələli problem həlletmə çalışması ilə təkmilləşdir. Bizim təcrübəli bələdçilərimiz iştirakçılara dəstək olmaq üçün var.
Miqyas
Təlimlər 7-75 arası iştirakçı üçün nəzərdə tutulur. Daha geniş komandalar üçün biz bir çox eyni formada təlimlər təşkil edirik. Bu, bizə hər iştirakçının sualları və ehtiyaclarını qarşılamağa icazə verir.
Təlim bələdçilərinizlə tanış olun
JP Arellano
Təlim rəhbəri
JP ClimateScience-da kontent rəhbəridir. O, ətraf mühit və iqtisadiyyat sahəsində ixtisaslaşdığı McGill Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
Kami Krista
Aparıcı Bələdçi
Kami iqlim dəyişkənliyi üzrə data əlaqələrini özündə ehtiva edən startap olan Elio-nun İcraçı direktorudur. O, Harvardda "Biomühəndislik" üzrə oxuyur və 200 könüllüdən ibarət "ClimateScience" tərcümə komandasını formalaşdırmışdır.
Ghislaine Fandel
Bələdçi
Ghislaine ClimateScience-də Elm Əlaqələri üzrə rəhbərdir. O, McGill Universitetinin "İqtisadiyyat, Ətraf Mühit və Beynəlxalq İnkişaf" ixtisası üzrə məzunudur.
Abigail Scarlett Jones
Bələdçi
Abigail Yamaykada Qərbi İndies Universitetini bitirib və burada "Ətraf mühitin biologiyası" üzrə təhsil alıb. O, Ada İnnovasiyası üzrə səfir və Nostalgic Islander-in yaradıcısıdır.
Ana Polgár
Bələdçi
Ana iqlim dəyişikliyinə uyğunlaşma və daşqın riskinin idarə edilməsi üçün təbiətə əsaslanan həllər üzrə ixtisaslaşan tədqiqatçı və şəhərsalmaçıdır. O, Afrika, Asiya və Avropada bir çox layihələr üstündə işləyib.
Andrea Lomelín
Bələdçi
Andrea Universidad Anahuac-ın "Ətraf mühit mühəndisliyi" üzrə məzunudur. O, hazırda özəl sektorda "Ətraf mühitin mühafizəsi" üzrə işləyir, "Ətraf mühitin idarəetmə sistemi"ni qurur və ekoloji e-kurslar yaradır.
Azeez Abubakar
Bələdçi
Azeez Qlobal Vətəndaş Təqaüdçüsüdür (ingiliscə: Global Citizen Fellow). O, iqlim davamlılığının qurulması üstündə işləyən təcrid olunmuş cəmiyyətlərə dəstək olmaq üçün iqlimə dair təşəbbüsləri dəstəkləyir. O, COP26(Conference of the Parties), Birləşmiş Krallıq, PreCOP26, İtaliyada nümayəndə olub.
Dr. Jenna Jadin
Bələdçi
Dr Jadin ABŞ, Əfqanıstan, İndoneziya, Tayland, Kamboca, Myanma və s. kimi ölkələrdə iqlim məsələləri üzərində işləyən "Ekologiya" üzrə Fəlsəfə Elmləri Doktoru və təcrübəli iqlim kommunikatoru, proqram meneceri və texniki mütəxəssisdir.
Lily Blain
Bələdçi
Lily Mərkəzi Avropa Universitetinin( Central European University) "Ətraf mühit elmləri, siyasət və idarəetmə" üzrə məzunudur və davamlı qida və kənd təsərrüfatı sistemləri üzrə təbliğatçısıdır. Lily müntəzəm olaraq regenerativ fermada və ya tarla işləri ilə məşğul olur.
Lily Taylor-Stackhouse
Bələdçi
Lily Guelph Universitetinin "Ətraf mühit mühəndisliyi" fakültəsinin yeni məzunudur. Onlar davamlılıq, mühafizə və beynəlxalq inkişafa həvəslidirlər.
Mairenn Attwood
Bələdçi
Mairenn Kembric Universitetində ekologiya, təkamül və biomüxtəliflik maraqları üzərində araşdırmalar edən PhD tələbəsidir. O, iki ildən çoxdur ki, ClimateScience-ın məzmunu üzərində işləyir.
Nabila Putri Salsabila
Bələdçi
Seminar Təşkilatçısı kimi qoşulan Salsanın məqsədi davamlılıq dəyərlərini bizneslərə aşılamağa kömək etməkdir. O, ETH Zürich-də "Davamlı enerji istifadəsi" üzrə Ətraf mühit sistemləri və siyasətini oxuyur.
Rhiannon Garrard
Bələdçi
Rhiannon bir geoloqdur, Yutanın cənubundakı qayalıqlarda və Alabama ştatının su ehtiyatlarında təlim keçmişdir. Nyu-Yorkda "Brookhaven National Labs" və Çikaqoda "Argonne National Lab"da çalışmışdır.
Ricardo Pineda Guzman
Bələdçi
Rikardo Sustenta Honduras-ın qurucu direktorudur, o, konsultant və iqlim üzrə danışman olaraq kimi xidmət edir. O, Tecnológico de Monterrey-dən "Davamlı inkişaf" üzrə mühəndisidir və milli dekarbonizasiya strategiyaları üzrə ixtisaslaşmışdır.
Taimoor Siddiqui
Bələdçi
Taimoor mükafata layiq görülmüş gənc iqlim fəalı və Project Clean-Green-in təsisçisidir. O, fəallığı ilə 20.000-dən çox insanı transformativ iqlim təhsilinə cəlb edib.